mobil versiya

Əmək müqavilələrinin sayı artıb


Məşğulluq imkanlarının artırılmasına, qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn kompleks tədbirlər nəticəsində əmək müqavilələrinin sayında artım davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu ilin birinci rübündə də ölkəmizdə əmək müqavilələrinin sayı ilin əvvəlinə nisbətən 9 min 493 müqavilə və ya 0,5 faiz artaraq 1 milyon 755 min 802-yə çatıb.
Aparılan əməkhaqqı islahatları və əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunun da davamlı olaraq artması ilə nəticələnir. 2023-ci ilin yanvar-mart aylarında əməkhaqqı fondunda daha 6 faiz artım qeydə alınıb.
Ümumilikdə son 5 ildə əmək müqavilələrinin sayında 34 faiz, əməkhaqqı fondunda 2,5 dəfə artım baş verib.

KARUSEL / SOSİAL
Tarix: 26-04-2023, 10:45