mobil versiya

36,3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb



Polis əməkdaşlarının mayın 11-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 36,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 30 kiloqram heroin, 4,6 kiloqramdan atıq metamfetamin, 1,6 kiloqramdan çox marixuana olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

KARUSEL / HADİSƏ
Tarix: 12-05-2023, 11:48