mobil versiya

"Böyük Britaniya və “Azərkosmos” uzun illərdir ki, əməkdaşlıq edirlər və öz təcrübələrini bölüşür" - Səfir



Böyük Britaniya və “Azərkosmos” uzun illərdir ki, əməkdaşlıq edirlər və öz təcrübələrini bölüşürlər.

Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" platformasında hesabında yazıb: "Ümid edirəm ki, Beynəlxalq Astronavtika Konqresi ölkələrimiz arasında kosmos sektorunda əməkdaşlığın genişləndirilməsinə və yeni imkanların yaradılmasına kömək edəcək"..
Oktyabrın 2-də Azərbaycanda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayıb. Bu nüfuzlu tədbirə Bakı ilk dəfə Ulu Öndər Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə – 1973-cü ildə ev sahibliyi edib. 50 ildən sonra konqres yenidən Azərbaycanda keçirilir.
136 ölkədən 5300-dən artıq nümayəndənin iştirak etdiyi beynəlxalq tədbir oktyabrın 6-dək davam edəcək.

KARUSEL / SİYASƏT
Tarix: 4-10-2023, 11:37