mobil versiya

Azərbaycan millisi sabah İslandiyaya gedir




Bu gün Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində İslandiya (5 sentyabr) və Ukrayna (9 sentyabr) ilə keçiriləcək oyunlar üçün təlim-məşq bazasında toplanacaq

Komanda bu gün də məşqə çıxacaq.
Mahir Emreli Bakıdakı məşqdə iştirak etməyəcək. Almaniyanın “Kayzerslautern” klubunun hücumçusu Bakıya gəlməyəcək. Onun bu gün Almaniyadan Reykyavikdə milliyə qoşulacağı gözlənilir.
Milli komanda sabah saat 10:30-da çarter reysi ilə Bakıdan Reykyavikə uçacaq.

Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 15:05