İki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Nazirlikdən bildirilib ki, görüş zamanı ikitərəfli münasibətlərin və mədəniyyət sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə ICESCO tərəfindən Azərbaycanın Şuşa şəhərinin 2024-cü il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsindən məmnunluq ifadə edilib, əlamətdar il ərzində təşkil olunacaq tədbirlər barədə söhbət açılıb.
Nazir Səudiyyə Ərəbistanının “Bakı prosesi” çərçivəsində 2024-cü ildə paytaxtımızda keçiriləcək VI Dünya Mədəniyyətlərarası Dialoq Forumuna, həmişə olduğu kimi, yenə öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib.

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 27-12-2023, 09:14