mobil versiya

Görkəmli bəstəkar Asəf Zeynallının anadan olmasından 115 il keçir



Bu gün görkəmli bəstəkar Asəf Zeynallının anadan olmasının 115  ili tamam olur.
Asəf Zeynallı 1909-cu il aprelin 5-də anadan olub. O, Dərbənd Realnı məktəbində, Bakı Musiqi Texnikumunda təhsil alıb. “Truba üçün pyes”ini 14 yaşında özü ifa edib. Azərbaycan Dövlət Konservatoriyasında professional bəstəkarlıq təhsili almış ilk bəstəkardır. Gənc bəstəkar konservatoriyada Qərbi Avropa və rus klassik musiqisi dərnəyini yaradıb, “İbtidai not savadı” dərsliyinin müəlliflərindən biridir. “Uşaq süitası” ilə Azərbaycan uşaq musiqisinin başlanğıcını qoyub, “Fraqmentlər” süitası isə Azərbaycan musiqisində ilk simfonik əsərdir. Asəf Zeynallı “Sarı gəlin”, “Səndən mənə yar olmaz”, “O qara qaşlar” və s. xalq mahnıları üzərində işləyib, bir çox xalq mahnılarını nota salıb. Onun “Lay-lay“, “Günlər“ pyesi, “Çahargah”, “Durna”, “Muğamsayağı” əsərləri kamera musiqisi üçün yeni üfüqlər açıb.
Asəf Zeynallı 1932-ci ildə vəfat edib. Hazırda Bakıda musiqi kolleci və paytaxt küçələrindən biri onun adını daşıyır. 

KARUSEL / MƏDƏNİYYƏT
Tarix: 5-04-2024, 11:49