Şimali Koreya Cənubi Koreyaya zibil daşıyan balonlar göndərib

Paytaxt Seul yaxınlığındakı İncheon Beynəlxalq Hava Limanına çatan hava şarları səbəbindən 3 uçuş-enmə zolağı bağlanıb və bir çox uçuşlar ləğv edilib.
Gecə ərzində göndərilən təxminən 250 şardan 100-nün Gyeonggi əyalətinin şimal hissəsinə endiyi bildirilib. Cənubi Koreya ərazisinə düşən hava şarlarının zərərsiz tullantılar, xüsusilə də kağız daşıdığı qeyd edilib.
Qeyd edək ki, Şimali Koreya artıq 6-cı dəfədir ki, Cənubi Koreya ərazisinə bu tip hava şarları göndərir.("AzPolitika.info")
KARUSEL / DÜNYA
Tarix: 26-06-2024, 14:00