İsrailin Azərbaycana təyin edilən yeni səfiri paylaşım edib

İsrailin Azərbaycana yeni təyin edilən səfiri Ronen Kraus təyinatı ilə bağlı "X" sosial şəbəkəsində paylaşım edib.
Reportyor.az xəbər verir ki, paylaşımda bildirilir:
"Rəsmi olaraq İsrailin Azərbaycan Respublikasına növbəti səfiri təyin olunmağım mənim üçün böyük şərəfdir".
R.Kraus bu vəzifəyə ötən gün təyin edilib. Daha öncə o İsrailin Xarici İşlər Nazirliyinin Avrasiya departamentinin direktoru vəzifəsində çalışıb.
KARUSEL / SİYASƏT
Tarix: 13-01-2025, 11:14