Cənubi Koreya, Çin və Yaponiyanın xarici işlər nazirləri Tokioda görüşəcək

Cənubi Koreya, Çin və Yaponiyanın xarici işlər nazirləri şənbə günü Tokioda görüş keçirəcəklər.
Reportyor.az xəbər verir ki, Seulun xarici işlər nazirliyinin yaydığı məlumatda deyilir.
Cənubi Koreyanın xarici işlər naziri Ço Tae-yul və onun yaponiyalı və çinli həmkarları Takeşi İvaya və Vanq Yi ötən ilin may ayında keçirilən üçtərəfli liderlər sammitindən bu yana əməkdaşlığı müzakirə edəcək, regional və beynəlxalq vəziyyət də daxil olmaqla müxtəlif mövzularda fikir mübadiləsi aparacaqlar.
Nazirlikdən bildirilib ki, xarici işlər nazirlərinin sonuncu üçtərəfli görüşü 2023-cü ilin noyabrında Cənubi Koreyanın Busan şəhərində keçirilib.
Ço, həmçinin üçtərəfli görüş çərçivəsində İwaya və Vanq ilə ayrıca ikitərəfli görüşlər keçirəcək.
KARUSEL / DÜNYA
Tarix: 18-03-2025, 16:43