AZAL iyundan Şımkentə birbaşa uçuşlara başlayacaq

Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirərək iyun ayından etibarən Bakıdan Şımkentə müntəzəm uçuşlara başlayacaq.
Reportyor.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Qazaxıstanın cənubunda yerləşən bu şəhərə ilk uçuş iyunun 28-də həyata keçiriləcək. Bakı-Şımkent-Bakı marşrutu üzrə uçuşlar həftədə üç dəfə – Bakıdan Şımkentə bazar ertəsi, çərşənbə və şənbə günləri, əks istiqamətdə isə çərşənbə axşamı, cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Şımkent turistləri unikal memarlıq abidələri, qədim məqbərələri və gözəl parkları ilə cəlb edir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 22-04-2025, 09:51