85 minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib

Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 85 minə yaxın uşaq avtomatik olaraq birinci sinfə yerləşdirilib.
Reportyor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
Övladları avtomatik olaraq 1-ci sinfə yerləşdirilən valideynlər mayın 1-i saat 11:00-dan etibarən “mektebeqebul.edu.az” saytı vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq elektron ərizələrini çap edib məktəbə təqdim edə bilərlər.
KARUSEL / CƏMİYYƏT
Tarix: 30-04-2025, 17:22