ÇL: “İnter”in finaldakı rəqibi bəlli olub

Reportyor.az xəbər verir ki, cavab oyunları çərçivəsində bu gün son matç keçirilib.
Günün yeganə görüşü Parisdə keçirilib. PSJ səfərdə məğlub etdiyi “Arsenal”ı doğma meydanda da yenərək finala yüksəlib.
Bu cütün qalibi mayın 31-də Münhendə keçiriləcək finalda “İnter”lə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Yarımfinalın cavab oyunu
7 may
PSJ (Fransa) – “Arsenal” (İngiltərə) 2:1
Qollar: Fabian Ruis, 27. Əşrəf Hakimi, 72 – Bukayo Saka, 76.
İlk oyun – 1:0.
KARUSEL / İDMAN
Tarix: 8-05-2025, 09:38