Azərbaycan millisi İslamiadada ikinci qələbəsini qazanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarında ikinci qələbəsini qazanıb.
Faiq Qarayevin baş məşqçisi olduğu yığma bu dəfə Tacikistanla üz-üzə gəlib. Azərbaycan millisi bu görüşü də qələbə ilə başa vurub – 3:0 (25:5, 25:11, 25:9).
Yığma daha əvvəl İran millisini üstələyib -3:0 (25:11, 25:16, 26:24).
Azərbaycan millisi noyabrın 9-da Türkiyə seçməsi ilə münasibətlərə aydınlıq gətirəcək. İslamiada noyabrın 21-də başa çatacaq.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Dünən, 16:34


























