Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb

Ermənistan prokurorluğu erməni apostol kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Açapaxyan barəsində cinayət işi açıb.
Ermənistan KİV xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
Din xadimi hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham olunur.
Qeyd olunub ki, cinayət işi iyunun 17-də Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsi (hakimiyyətin zorakılıqla devrilməsinə açıq çağırışlar) ilə açılıb.(report)
KARUSEL / DÜNYA
Tarix: 26-06-2025, 17:18