Efiopiyanın Nildəki meqa bəndi artıq tamamlanıb

Mavi Nil üzərində mübahisəli çox milyard dollarlıq meqa-bənd inşası artıq tamamlanıb və rəsmi olaraq sentyabrda açılacaq.
Reportyor.az xəbər verir ki, bunu Efiopiyanın Baş naziri Abiy Əhməd bildirib.
"Efiopiya intibahının möhtəşəm bəndinin tikintisi başa çatdı və biz onun rəsmi açılışına hazırlaşırıq" - Abiy parlamentə qonşuları, xüsusən Misirlə münasibətlərdə gərginlik mənbəyinə çevrilən bənddən danışıb.
KARUSEL / DÜNYA
Tarix: 3-07-2025, 14:21