mobil versiya

Musiqi məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri ilə bağlı sənədlərin qeydiyyat vaxtı uzadılıb



Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə I və VIII siniflər üzrə qəbul imtahanlarının nəticələri ilə bağlı sənədlərin qəbulu və qeydiyyat müddəti 12 sentyabr saat 18:00-dək uzadılıb.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, namizədlər tələb olunan sənədləri “MyCulture” şəxsi kabineti üzərindən sistemə yükləməklə qəbulunu təsdiqləyə bilərlər.

Reportyor.az


KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 10:34