Qana iki nazirin ölümü ilə nəticələnən helikopter qəzasını araşdırır

Qana ölkənin müdafiə və ətraf mühit nazirləri ilə birlikdə altı nəfərin ölümünə səbəb olan hərbi vertolyot qəzası ilə bağlı tam təhqiqata başlayıb.
Bu barədə prezident Con Mahama bildirib.
Müdafiə naziri Edvard Omane Boamah, Ətraf Mühit Naziri İbrahim Murtala Məhəmməd və daha 6 nəfər, o cümlədən yüksək səviyyəli siyasi xadimlər və hava qüvvələrinin ekipajı çərşənbə günü qəzada həlak olub.
Mahama televiziya ilə çıxışında deyib ki, Qana Silahlı Qüvvələri bu qəzanın şərtləri ilə bağlı tam və şəffaf bir araşdırma başlayıb.
O, uçuş məlumatlarının və kokpit səs yazıcılarının bərpa edildiyini, səbəbin müəyyən edilməsi üçün xüsusi araşdırma şurasının yaradıldığını bildirib.
Hərbi-hava qüvvələrinə məxsus helikopter Qananın cənubundakı Obuasiyə gedərkən Akkradan qalxdıqdan qısa müddət sonra radarlardan itib.
Mahama bildirib ki, səkkiz cəsədin hamısı çıxarılıb və avqustun 15-də dövlət dəfn mərasimi keçiriləcək.
Mahama həftənin qalan hissəsi üçün planlaşdırılan bütün fəaliyyətləri dayandırdı və cümə axşamından etibarən bütün bayraqların yarıya endirilməsi ilə üç günlük matəm elan etdi.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 8-08-2025, 09:27