Yunanıstan Maria Papakonstantinu Azərbaycana səfir təyin edib

Azərbaycanın Yunanıstandakı səfiri Arif Məmmədov bu ölkənin Azərbaycana yeni təyin olunmuş səfiri xanım Maria Papakonstantinu ilə görüşüb.
O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Yunanıstanın Azərbaycana yeni təyin olunmuş səfiri xanım Maria Papakonstantinunu səfirliyimizdə salamlamaqdan məmnunluq duyuruq. Səmimi təbriklərimizi çatdırır və münasibətlərimizi daha da möhkəmləndirmək missiyasında ona uğurlar arzulayırıq".
Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: 5-11-2025, 17:06



























