mobil versiya

Türkmənistan Əfqanıstana humanitar yardım göndərib





Türkmənistan zəlzələdən əziyyət çəkən Əfqanıstana humanitar yardım göndərib.

Yerli medianın xəbərinə görə, Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya Ehtiyacı Olan Uşaqlara Yardım Xeyriyyə Fondu adından zəlzələdən əziyyət çəkən Əfqanıstana dərman, tibbi ləvazimatlar, tekstil və qida məhsulları yola salınıb.

Bildirilir ki, Türkmənistan xalqının ümummilli lideri, Türkmənistan Xalq Məclisinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən başlanan və hazırda dövlət başçısı tərəfindən uğurla həyata keçirilən Türkmənistanın konstruktiv xarici siyasətinin mühüm istiqamətlərindən biri qonşu və qardaş ölkələrlə əməkdaşlığın dərinləşdirilməsidir.

Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:32