Tokayev TRIPP təşəbbüsünü Qazaxıstanın dəstəklədiyini bəyan edib

Qazaxıstan Prezident Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Tramp ilə görüşüb.
Bu barədə Qazaxıstan mediası xəbər verir.
Görüşdə Kasım-Jomart Tokayev ABŞ Prezidentinin sülhməramlı təşəbbüslərini, o cümlədən Orta Dəhlizin daha da inkişafına töhfə verə biləcək “Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu” (TRIPP) təşəbbüsünü Qazaxıstanın dəstəklədiyini bəyan edib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 7-11-2025, 10:26



























