mobil versiya

Tokayev Paşinyanla görüşüb



İrəvanda səfərdə olan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistanın baş naziri Nikol Paşinyanla məhdud tərkibdə görüşü olub.
Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu gün İrəvana səfər edib. Qazaxıstan prezidentini Zvartnots hava limanında Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.
Xatırladaq ki, aprelin 13-də Qazaxıstan prezidentinin mətbuat xidməti Tokayevin Ermənistana səfər edəcəyi barədə məlumat yaymışdı.
Qazaxıstan prezidentinin səfərini baş çatdırdıqdan sonra Qazaxıstanın seldən əziyyət çəkən bölgələrinə yola düşəcəyi qeyd olunub.


KARUSEL / DÜNYA
Tarix: 15-04-2024, 11:53