mobil versiya

Tokayev İrəvana gedib



Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev İrəvana səfər edib.
Bu barədə erməni KİV məlumat yayıb.
Bildirilib ki, Qazaxıstan prezidentini Zvartnots hava limanında Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.
Qeyd edək ki, aprelin 13-də Qazaxıstan prezidentinin mətbuat xidməti Tokayevin Ermənistana səfər edəcəyi barədə məlumat yaymışdı.
Tokayev bir günlük səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan və prezidenti Vaaqn Xaçaturyanla görüşəcəyi bildirilib.
Qazaxıstan prezidentinin səfərini baş çatdırdıqdan sonra Qazaxıstanın seldən əziyyət çəkən bölgələrinə yola düşəcəyi qeyd olunub.(trend)

KARUSEL / DÜNYA
Tarix: 15-04-2024, 09:59