Tokayev Qazaxıstanın yeni siyasi quruluş formasına keçdiyini açıqlayıb

“Report” xəbər verir ki, bu barədə Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayev seçkisonrası bəyanatında bildirib.
“Biz konstitusiya islahatını aydın və ardıcıl həyata keçirəcəyik. Biz ölkənin siyasi quruluşunun yeni formasına keçirik”, - Prezident bildirib.
Kasım-Jomart Tokayev ölkə iqtisadiyyatında köklü dəyişikliklərin olacağını açıqlayıb: “Biz vətəndaşların rifahını yaxşılaşdıracağıq”.
Onun sözlərinə görə, bütün bu məqsədləri həyata keçirmək üçün birlik lazımdır: “Ona görə də hamınızı birliyə səsləyirəm”.
KARUSEL / DÜNYA
Tarix: 21-11-2022, 08:13