Sumqayıtda DƏHŞƏT: Yük maşını kişinin üstündən keçdi

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən REPORTYOR.AZ-a bildirilib ki, hadisə iyulun 30-da qeydə alınıb.
Şəhər sakini M.Paşayev idarə etdiyi ZİL markalı yük avtomobilini arxaya verərkən Bakı şəhər sakini Ələddin Rüstəmovu vurub. Xəstəxanaya yerləşdirilən Ə.Rüstəmov orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
KARUSEL / HADİSƏ
Tarix: 31-07-2020, 13:30