Cəlilabadda qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb

Cəlilabad rayonunda abadlıq işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkar edilib.
Tapıntı rayon ərazisində - Narbağı adlanan sahədə parkın salınması zamanı aşkarlanıb.
Belə ki, ərazidə aparılan qazıntılar zamanı qədim dövrə aid dörd təsərrüfat küpü və digər maddi-mədəniyyət nümunələri üzə çıxıb.
Tapıntılarla bağlı Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu Vəfa Mahmudovaya məlumat verilib. Məlumat əsasında institutun nümayəndəsi əraziyə ezam olunub və burada tədqiqat işlərinə başlanılıb.Aşkarlanan maddi-mədəniyyət nümunələrinin Azərbaycan tarixinin qədim dövrləri ilə bağlı yeni və əhəmiyyətli məlumatlar ortaya çıxara biləcəyi ehtimal olunur. (Azərtac)
Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 17:06


























