mobil versiya

Cəlilabadda eramızdan əvvələ aid tarixi əşyalar tapılıb



Cəlilabad rayonunda eramızdan əvvələ aid aşkar olunan tapıntılarla bağlı Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) müraciət olunub.
“Report”un Muğan bürosunun məlumatına görə, rayonda eramızdan əvvələ aid yazılı daş və məişət əşyası olan həvəngdəstə aşkar edilib.
Tarixi mədəniyyət nümunələri rayonun Şatırlı kənində tapılıb. Hər iki tapıntı kənd məktəbinin XI sinif şagirdi İlham Mirələmov tərəfindən aşkarlanıb.
Yerli tarixçi Elşad Əmənov bildirib ki, ilkin olaraq tapıntıların bizim eradan əvvəl III-V əsrlərə aid olduğu ehtimal edilir. Onun sözlərinə görə, artıq tapıntılarla bağlı Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) müraciət olunub.
Tarixçi vurğulayıb ki, əşyalar Cəlilabad rayon Tarix Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.

MƏDƏNİYYƏT
Tarix: 4-11-2022, 15:50