mobil versiya

Ata avtomobili aşırdı, oğlu öldü




Yardımlı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, hadisə Fındıqlı-Qışlaq kəndi ərazisində baş verib. 

Otlaq sahəsində kənd sakini Q.Abbasov idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. 

Nəticədə sərnişini olan oğlu Siyasət hadisə yerində ölüb.

Özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib. 

SON XƏBƏR
Tarix: 15-06-2020, 13:05