mobil versiya

Göyçayda 2 nəfərin öldüyü qəza ilə bağlı RƏSMİ MƏLUMAT




Daxili İşlər Nazirliyi Göyçay rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən REPORTYOR.AZ-a verilən məlumata görə, mayın 2-də saat 18 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində rayon sakinləri R.Abdullayevin idarə etdiyi “Daewoo” və Ələkbər Babayevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Babayev hadisə yerində, sərnişini Aqşin Allahverdiyev isə xəstəxanada ölüb.

Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

SON XƏBƏR / KARUSEL
Tarix: 4-05-2020, 11:30