mobil versiya

Azərbaycanda 4 polis yaralandı



Saatlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən REPORTYOR.AZ-a verilən məlumata görə, yanvarın 29-da saat 23 radələrində Saatlı rayonu M.F.Axundov küçəsində Bakı şəhər sakini Cavid Bağırov idarə etdiyi “Jeep-Wrangler” markalı avtomobili qarşıda gedən Saatlı rayon Polis Şöbəsinə məxsus xidməti “Fiat-Doblo” markalı avtomobilə vurub.

Nəticədə xidməti avtomobildə olan 4 nəfər polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə DİN-in A.Heydərov adına hospitalına yerləşdirilib.
Araşdırmalar zamanı “Jeep-Wrangler”in sürücüsünün sərxoş halda olması müəyyən edilib.

SON XƏBƏR / KARUSEL / HADİSƏ
Baxılıb: 84 Tarix: 30-01-2020, 14:40


Şərh bildir
yenilə, əgər kod görünmürsə