mobil versiya

Dövlət Agentliyinə məxsus avtomobil qəza törədib, ölən və yaralananlar var - YENİLƏNİB



Yevlax rayonunda baş verən yol qəzasında ölən və yaralananların adları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, qəza zamanı ağır bədən xəsartələri alan Şəki şəhər sakini, 1957-ci il təvəllüdlü Məmmədkərimov Mövsüm Əli oğlu hadisə yerində ölüb.

Xəsarət alanlar isə Şəki Şəhəri Böyük Dəhnə kənd sakinləri - Allahverdiyev Orxan Nofəl oğlu (1992), Məmmədkərimov Əli Mövsüm oğlu (1986), Pirməmmədov Turan Namiq oğlu (1988) və Məmmədkərimov Mahal Mövsüm oğludur (1991).
Ölən və xəsarət alanların hamısı "VAZ-2106" markalı avtomobildə olub. 

Qəzada iştirak edən "Mitsubishi" markalı "Picap" avtomobili "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə məxsusdur.

***10:45

Yevlaxda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Xanabad kəndində qeydə alınıb. 
Belə ki, "VAZ-2106" markalı avtomobillə "Picap" markalı avtomobil toqquşub.
Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 24-09-2019, 11:58