mobil versiya

Qubadakı dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO



Qubada iki nəfərin ölümü, iki nəfərin isə ağır yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin baş verdiyi yerdən görüntülər yayılıb. 

Reportyor.az Oxu.Az-a istinadəın xəbər verir ki, “Azərişıq” ASC-nin işçilərini daşıyan “UAZ” markalı avtomobil Qubanın Söhüb kəndində dərəyə yuvarlanıb.

Hadisə zamanı avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Qəza nəticəsində Sumqayıt sakinləri - 1958-ci il təvəllüdlü Zahid Qurbanov və 1991-ci il təvəllüdlü Namiq Rüstəmov ölüb, 1992-ci il təvəllüdlü Abdullayev Saleh Abuzər oğlu və 1984-cü il təvəllüdlü Rəsulov İlkin Mahir oğlu ağır xəsarət alıb.


KARUSEL / HADİSƏ
Tarix: 18-09-2019, 21:17