mobil versiya

Sabirabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb



Sabirabad rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

REPORTYOR.AZ “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Cavad kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mersedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə rayonun Cavad kənd sakinləri, 1961-ci il təvəllüdlü Cəbrayıov Yasəf Ağanəcəf oğlu, onun oğlu, 1996-cı il təvəllüdlü Cəbrayılov Ağanəcəf Yasəf oğlu, 1959-cu il təvəllüdlü Manafov Məmməd Novruz oğlu və 1962-ci il təvəllüdlü Nuriyev Asif Məmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə zamanı xəsarət alan ata və oğul ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb. M. Manafov Şirvan Rayon Mərkəzi Xəstəxanasına və A. Nuriyev isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 30-12-2019, 10:30