mobil versiya

Ağsuda avtomobil 6 yaşlı uşağı vurub



Ağsu rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Qaraqaşlı kəndində qeydə alınıb.

Həmin kəndin sakini, 2013-cü il təvəllüdlü Nurlan Fikrət oğlu Qədirovu avtomobil vurub. Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


KARUSEL / HADİSƏ / ÖLKƏ
Tarix: 22-09-2019, 00:49