mobil versiya

ÇSKA – “Qarabağ” matçının biletləri satışa çıxarılıb





Bolqarıstanın ÇSKA klubu UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi cavab matçının biletlərini bu gün satışa çıxarıb.

Bu barədə Sofiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, azarkeşlər qarşılaşmanın biletlərini onlayn, oyunun keçiriləcəyi “Vasil Levski” stadionunun kassalarından və klubun rəsmi mağazasından əldə edə bilərlər.
Biletlərin qiyməti sektorlardan asılı olaraq 12 avrodan başlayır və 100 avroya qədər dəyişir.
ÇSKA və “Qarabağ” komandaları arasında Bakıda keçirilmiş oyunda hesab açılmayıb. Cavab matçı iyulun 30-da Sofiya şəhərindəki “Vasil Levski” stadionunda baş tutacaq. Bu dueldə qələbə qazanan tərəf “Şerif” (Moldova) – “Makkabi (Təl-Əviv, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək.


Reportyor.az 

KARUSEL / İDMAN
Tarix: Bu gün, 13:46