“Qarabağ” bu gün ÇSKA ilə ilk oyununu keçirəcək

Qurban Qurbanovun baş məşqçi olduğu komanda turnirin 2-ci təsnifat mərhələsinin ilk oyununda, Bakıda Bolqarıstanın ÇSKA (Sofiya) klubunu qəbul edəcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Matçı italiyalı FİFA referisi Daniele Kiffi idarə edəcək.
Komandalar arasında cavab matçı iyulun 30-da Sofiya şəhərində keçirləcək.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:00


























