mobil versiya

Oman siyasi fəaliyyətini bərpa etmək üçün Səudiyyə Ərəbistanı, Yəmən partiyaları və BMT ilə əməkdaşlıq edir






Oman cümə axşamı günü bölgədə təhlükəsizlik və sabitliyə nail olmağa yönəlmiş siyasi fəaliyyəti bərpa etmək üçün Səudiyyə Ərəbistanı, Yəmən partiyaları və BMT-nin Yəmən üzrə xüsusi elçisi ilə əlaqələndirmə apardığını bildirib.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin açıqlama yayıb.

Nazirlik həmçinin Qırmızı dənizdəki son hadisələri yaxından izlədiyini, eskalasiyadan və Qırmızı dənizdəki vəziyyəti daha da pisləşdirə biləcək və naviqasiya azadlığını təhlükə altına qoya biləcək hər hansı bir təhdiddən qaçınmağın vacibliyini vurğulayıb.

Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 17:35