DÇ-2026: ABŞ İspaniyadan 1,1 milyard avrodan çox vergi tələb edir

Bu barədə “Fox News” məlumat yayıb.
Tələb olunan məbləğ İspaniya millisinin mundialdakı çempionluğa görə qazandığı mükafatın 30 faizini təşkil edir. Adətən FİFA turnirin qaliblərini ev sahibi ölkədə vergi ödənişindən azad edir. Ancaq bu dəfə ABŞ hüquqşünasları ispaniyalıların vahid komanda deyil, ayrı-ayrı fiziki şəxslərdən ibarət olduğunu əsas gətirərək, fərqli hüquqi mövqe irəli sürüblər.
Məsələ ilə bağlı ABŞ Konqresinə müraciət edən jurnalistlərə bildirilib ki, İspaniya nümayəndə heyəti ABŞ-nin vergi qanunvericiliyinin xüsusiyyətlərini əvvəlcədən nəzərə almalı idi.
İspaniya millisi 2026-cı il dünya çempionatının finalında Argentina yığmasını 1:0 hesabı ilə məğlub edərək, dünya çempionu olub. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 15:23


























