mobil versiya

Mourinyo iki hücumçu arasında seçim edəcək




“Real” bu yay hücum xəttini daha bir top-futbolçu ilə gücləndirməyi planlaşdırır.

ESPN xəbər verir ki, “kral klubu” yeni transfer üçün heyətdə yer açmaq məqsədilə Qonsalo Qarsiya və ya Endriklə yollarını müvəqqəti ayırmalı olacaq. Baş məşqçi Joze Mourinyo mövsümöncəsi hazırlıq zamanı hər iki hücumçunun çıxışını yaxından izləyəcək. Bundan sonra yekun qərar veriləcək. Gözlənilir ki, ispaniyalı və ya braziliyalı futbolçudan biri icarəyə göndərilsin.
Son mövsümü “Lion”da keçirən Endrik yenidən icarəyə getmək niyyətində deyil. 20 yaşlı hücumçu komandada qalaraq əsas heyətdə yer uğrunda mübarizə aparmaq istəyir.
“Real”ın əsas transfer hədəfi “Bayern”in 24 yaşlı vingeri Maykl Olisedir. Məhz fransalı futbolçunun adı Madrid təmsilçisində ən çox müzakirə olunan namizədlər sırasındadır. (Komanda.az)

Reportyor.az 


KARUSEL / İDMAN
Tarix: Bu gün, 12:31