mobil versiya

Mourinyo İngiltərə klubunun baş məşqçi postuna namizəddir





“Nyukasl” baş məşqçi postu üçün alternativ variantları nəzərdən keçirir.

“Teamtalk” istinadən xəbər verir ki, “sağsağanlar” mövsümün sonunda Eddi Hounun mümkün gedişinə hazırlaşır.
Klub daxilində bir sıra namizədlər müzakirə olunur. Siyahıda məşhur mütəxəssislər – Joze Mourinyo və Roberto Mançini də yer alır.
Hou hazırda rəhbərlikdən yay transfer pəncərəsi üçün heyətin gücləndirilməsi ilə bağlı təminat almağa çalışır. Ancaq bu məsələ hələ də qeyri-müəyyən olaraq qalır və bu səbəbdən, baş məşqçinin yayda ayrılması istisna edilmir.
“Nyukasl” İngiltərə Premyer Liqasında 32 turdan sonra 42 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. (Komanda.az)

Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: 16-04-2026, 15:49