mobil versiya

PSJ rəsmisi baş məşqçi haqda yayılan xəbərləri təkzib



PSJ-nin idman məsələləri üzrə müşaviri Luis Kampus baş məşqçi Luis Enrikenin klubla yeni müqavilə imzalamaqdan imtina etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Paris klubunun funksioneri bu iddiaları qəti şəkildə təkzib edib:
“Bu, yüz faiz yalan məlumatdır”.
Luis Enrike 2023-cü ildən PSJ-ni çalışdırır. İspaniyalı mütəxəssisin klubla müqaviləsinin müddəti 2026/27 mövsümünün sonuna qədərdir. Daha əvvəl PSJ rəhbərliyinin baş məşqçiyə uzunmüddətli, hətta “ömürlük” müqavilə təklif etməyi planlaşdırdığı bildirilirdi.
PSJ Fransa çempionatında 17 turdan sonra 39 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Paris təmsilçisi lider “Lans”dan 1 xal geri qalır. (Komanda.az)

Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: 8-01-2026, 14:45