mobil versiya

İngiltərə klubu “Napoli”nin hücumçusunu icarəyə götürmək istəyir






“Napoli”nin hücumçusu Lorenzo Lukka karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Xarici KİV xəbər verir ki, “Nottingem Forest” italiyalı forvardla ciddi şəkildə maraqlanır. İngiltərə klubu onu mövsümün sonuna qədər icarəyə götürməyi, yayda isə 40 milyon avro qarşılığında transfer hüququnu satın almağı planlaşdırır.

26 yaşlı futbolçu bu mövsüm A Seriyasında 16 oyuna çıxıb və 1 qol vurub. (Komanda.az)

Reportyor.az 






KARUSEL / İDMAN
Tarix: Dünən, 17:00