“Liverpul” Salahı əvəz edəcək oyunçunu seçib
“Football Insider “ xəbər verir ki, 21 yaşlı futbolçunun transferinə “Liverpul” ciddi şəkildə maraq göstərir.
Mersisayd klubu Minteni Məhəmməd Salahın potensial əvəzləyicisi kimi görür. “Brayton” isə afrikalı vinger üçün təxminən 80 milyon avro tələb edir.
Minte cari mövsümdə “Brayton”un heyətində 12 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir. (Komanda.az)
KARUSEL / İDMAN
Tarix: Bu gün, 17:34



























