mobil versiya

“Nyukasl” “Qarabağ”la səfər oyunu üçün biletlərin qiymətlərini açıqlayıb





“Nyukasl” UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəyi matç üçün biletlərin qiymətlərini açıqlayıb.

İngiltərə klubunun mətbuat xidməti xəbər verir ki, qiymətlər bütün yaş qrupları üzrə 18 funt-sterlinq (təxminən 40 manat) müəyyən edilib.

Təhlükəsizlik qaydalarına əsasən, 16 yaşdan aşağı şəxslər stadiona mütləq böyüklərin müşayiəti ilə daxil olmalıdırlar.
Bundan əlavə, səfərin İngiltərə futbolu tarixinə düşəcəyi qeyd olunub. Belə ki, Eddi Hounun komandası Bakıya gəlməyə görə 2 529 mil (təxminən 4 070 km) qət edəcək ki, bu da komanda üçün turnir tarixində ən uzun məsafədir.
“Qarabağ” – “Nyukasl” matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. (Komanda.az)

Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: 4-02-2026, 13:24