“Real”ın yay transfer hədəfləri bəlli olub

Reportyor.az “Marca”-ya istinadən xəbər verir ki, Madrid klubu sağ və sol müdafiəçi, həmçinin, yarımmüdafiəçi ilə müqavilə imzalamaq üzərində işləyir. “Kral klubu” David Alaba, Eder Militao və Antonio Rüdigerin səhhətindən narahat olduğu üçün yeni mərkəz müdafiəçisi ilə müqavilə imzalanması da mümkündür.
“Real”ın yay transfer pəncərəsi üçün prioriteti “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnoldla müqavilə imzalamaqdır. İngiltərə klubu iyunun 1-dən 10-na kimi davam edəcək əlavə transfer pəncərəsində onu buraxmağa razılaşarsa, müdafiəçinin Klublararası dünya çempionatında “Real”da oynaması mümkündür. Klub rəhbərliyinin, eyni zamanda, “Bornmut”un futbolçusu Miloş Kerkezin namizədliyini müzakirə etdiyi və son bir neçə həftə ərzində 21 yaşlı futbolçunun fəaliyyətini yaxından izlədiyi bildirilir.
KARUSEL / İDMAN
Tarix: 29-04-2025, 09:26