mobil versiya

Səfərbərlik Xidmətinin çağırdığı şəxslər əmək haqqlarını necə alacaqlar? - RƏSMİ AÇIQLAMA




"Səfərbərlik Xidməti tərəfindən orduya cəlb olunan vətəndaşların əmək haqqları saxlanılır".

REPORTYOR.AZ xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctiamiyyətlə Əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib. 
Onun sözlərinə görə, bu vətəndaşlar son iki ayda aldığı əmək haqqının orta aylığını alır: "Misal üçün əgər həmin şəxs 400 AZN məvacib alırdısa, bunun iki mislinin ortası 400 manat edəcək. Həmin məvacib vətəndaşlara aylıq olaraq iş yerlərindən ödənilməlidir.

Bu barədə qanunvericiliyin tələbləri var və bu maaş vətəndaşlara ödənilir".

Qeyd edək ki, Azərbaycanda qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalanıb. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, ümumi və ya qismən səfərbərlik Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilir.

Azərbaycan Respublikasına hərbi basqın təhlükəsi olduqda və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası Prezidentinin hüququ var ki, səfərbərlik elan etmədən lazımi sayda hərbi vəzifəliləri üç ayadək müddətə ehtiyatdan hərbi xidmətə çağırsın. Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi bu müddəti daha 3 ay uzada bilər.
Məlumat üçün bildirk ki, Azərbaycan Respublikasın Hərbi vəziyyət haqqında qanununun 19-cu maddəsində deyilir:
  • Bu Qanunla nəzərdə tutulan hallarda qismən və müvəqqəti məhdudlaşdırılan hüquq və azadlıqlar istisna olmaqla, hərbi vəziyyət dövründə fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə müəyyən edilmiş bütün hüquq və azadlıqlardan istifadə edir.
  • Bu Qanunun 10.1.27-ci maddəsinə əsasən müdafiə ehtiyacları üçün səfərbər olunmuş mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların işçilərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əməkhaqqı və istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilir.
  • Hərbi vəziyyət rejiminin təmin edilməsi və onun nəticələrinin aradan qaldırılması üçün görülən işlərlə əlaqədar zərər çəkmiş şəxslərə bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş qaydada kompensasiya ödənilir.
  • Bu Qanunun 10.1.25-ci maddəsinə əsasən əməyi və əmlakı istifadə edilən fiziki və hüquqi şəxslər dəymiş zərərin ödənilməsini tələb etmək hüququna malikdirlər.

KARUSEL / SOSİAL / ÖLKƏ
Baxılıb: 292 Tarix: 12-11-2020, 12:14



Şərh bildir
yenilə, əgər kod görünmürsə