mobil versiya

OpenAI, Dublindəki Avropa Baş Qərargahında işçi qüvvəsini üçqat artırmağı planlaşdırır





ChatGPT-nin inkişaf etdiricisi olan OpenAI, İrlandiyanın Dublin şəhərindəki Avropa Baş Qərargahında işçi qüvvəsini üçqat artıraraq 350 işçiyə çatdırmağı planlaşdırır.

Bu barədə şirkət bazar ertəsi günü bildirib. Şirkət, şəhərin Silicon Docks ərazisində 8000 kvadratmetrlik ofis sahəsi icarəyə götürməklə yanaşı, İrlandiyanın Dublin şəhərindəki Avropa Baş Qərargahında işçi qüvvəsini üçqat artıraraq 350 işçiyə çatdırmağı planlaşdırır.

Reuters-in məlumatına görə, süni intellekt lideri hazırda 2023-cü ildə açılan Dublin ofisində 100-dən çox işçi işlədiyini və növbəti iki il ərzində mühəndislik və dəstək əməliyyatları üzrə əlavə 250 işçi işə götürməyi planlaşdırdığını bildirib.

Dublin, Google-ın ana şirkəti Alphabet, Facebook-un ana şirkəti Meta və Microsoft Corporation da daxil olmaqla bir neçə Amerika texnologiya nəhənginin Avropa qərargahına ev sahibliyi edir.

Xüsusilə texnologiya və əczaçılıq sektorlarında fəaliyyət göstərən xarici transmilli şirkətlər, İrlandiyada işçi qüvvəsinin təxminən 11%-ni işə götürür və tez-tez İrlandiya işçi qüvvəsinin yüksək keyfiyyətini əməliyyatları üçün ölkəni seçərkən əsas amil kimi qeyd edirlər.

Meta və TikTok kimi bəzi böyük texnologiya şirkətləri son bir ildə İrlandiyadakı əməliyyatlarında iş yerlərinin ixtisar olunduğunu elan etmiş, hökumət isə süni intellekti yeni investisiyaların cəlb edilməsi üçün prioritet kimi qeyd etmişdir.

Bu şirkətləri ölkənin vergi rejimi də cəlb edir.


Reportyor.az 



KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 09:29