mobil versiya

İnfantino FİFA üzvlərinə 40 milyon dollar vəd edib, tənqidçilər bunu “rüşvət” adlandırıb




FİFA prezidenti Canni İnfantino dünya çempionatının hüquqlarının bir hissəsinin xarici investorlara satılması planının dəstəklənməsi üçün üzv assosiasiyalara maliyyə vədi verib.

Daha əvvəl İnfantinonun mundialın kommersiya hüquqlarının bir hissəsini xarici investorlara satmaq niyyətində olduğu açıqlanmışdı.

The Times” xəbər verir ki, FİFA rəhbəri təşkilata üzv olan 211 milli assosiasiyanın hər birinə planı dəstəkləyəcəkləri təqdirdə, 40 milyon dollar ödəniləcəyini vəd edib. Bildirilir ki, assosiasiyaların təklifi qəbul edib-etməmək üçün cəmi 53 günü var.
İnfantinonun üzv assosiasiyalara ünvanladığı məktubda deyilir:
“Bu təklifi qəbul edib-etməmək qərarı tamamilə sizin ixtiyarınızdadır. Onu qəbul etsəz, 10 milyard dollarlıq paket 1 yanvar 2027-ci il tarixindən etibarən qüvvəyə minəcək və bu, birgə fəaliyyətimizin yeni mərhələsinin başlanğıcı olacaq.
Mövcud vəziyyəti qorumağı və bu təklifi rədd etməyi seçsəz, daha əvvəl elan etdiyimiz kimi, “Forward” maliyyələşdirmə proqramını 2,7 milyard dollar artırmağa hazırıq.
Beləliklə, 1 yanvar 2027-ci ildən başlayacaq növbəti maliyyə dövründə hər bir üzv assosiasiya bu təklif çərçivəsində ümumilikdə 40 milyon ABŞ dollarına qədər vəsait əldə edə biləcək”.
FİFA-nın xarici investorlarla mümkün sazişinə qarşı çıxan mənbələr İnfantinonun maliyyələşdirmənin artırılması ilə bağlı təklifini “açıq-aşkar rüşvət cəhdi” kimi qiymətləndiriblər. (Komanda.az)

Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 16:09