mobil versiya

İstanbulda qəzaya uğrayan təyyarədən sərnişinlər belə xilas edildi - VİDEO




İzmir-İstanbul reysini həyata keçirən "Pegasus" Hava Yollarına məxsus 177 sərnişin və 6 ekipaj üzvü olan təyyarə eniş zamanı Sabiha Gökçen hava limanındakı uçuş-enmə zolağını tərk edib.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qəza zamanı 3 nəfər həyatını itirib.

Türkiyənin nəqliyyat naziri Cahit Turhan bildirib ki, sərt eniş edən təyyarə 3 yerə bölünüb.

Təyyarədə 12-si uşaq, 6-sı ekipaj üzvü olmaqla ümumilikdə 183 nəfər olub.

Yaralananlar İstanbulda yerləşən 18 müxtəlif xəstəxanaya yerləşdirilib.



SON XƏBƏR / BANNER / KARUSEL / DÜNYA
Tarix: 6-02-2020, 11:20