mobil versiya

183 sərnişini daşıyan təyyarə İstanbulda belə qəzaya uğrayıb - VİDEO



İzmir-İstanbul reysini həyata keçirən "Pegasus" Hava Yollarına məxsus 177 sərnişin və 6 ekipaj üzvü olan təyyarənin qəzaya uğramasını özündə əks etdirən simulyasiya videosu yayılıb. 

BAKU.WS xəbər verir ki, görüntü təyyarənin eniş zamanı Sabiha Gökçen hava limanındakı uçuş-enmə zolağını tərk etməsindən bəhs edir.
İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sürüşərək dərəyə aşıb və üç hissəyə parçalanıb. Bundan sonra laynerdə yanğın başlayıb, yanğınsöndürənlər alovu söndürməyə nail olublar.

Qeyd edək ki, sərnişinlər təyyarədən təxliyə edilsə də, 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Təyyarədə 12-si uşaq, 6-sı ekipaj üzvü olmaqla ümumilikdə 183 nəfər olub.



SON XƏBƏR / KARUSEL / DÜNYA
Tarix: 8-02-2020, 12:20