mobil versiya

Koronavirus: Azərbaycanda sutkalıq yoluxma və sağalma sayı açıqlanıb





Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 114 yeni yoluxma faktı qeydə alınıb, 138 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə REPORTYOR.AZ Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

Analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 38 517 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 998 nəfər müalicə olunaraq sağalıb, 566 nəfər vəfat edib, aktiv xəstə sayı 1 953 olub.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 921, bu günə qədər isə ümumilikdə 1 020 029  test icra olunub.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Baxılıb: 153 Tarix: 15-09-2020, 16:24



Şərh bildir
yenilə, əgər kod görünmürsə